Əməkdar artist intihar etmək istəyən eks-ərindən GÖRÜN NƏLƏR DEDİ: Axmaq...

24.04.2019 14:34

Xəbər verdiyimiz kimi, Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib. İlham Qafarov mətbuata verdiyi açıqlamada intihar etmək istədiyini deyib və bunda Lalə Məmmədovanı günahlandırıb.

Sənətçi eks-ərinin onun ünvanına dediyi ittihamlara cavab verməsə də, sosial şəbəkədə paylaşdığı fikirlərdən bu hadisədən böyük sarsıntı keçirdiyi məlum olub.

Belə ki, müğənni instaqramda paylaşdığı fotoya bu sözləri yazıb:

"Sözlər bəzən şüşə qırıqları kimidir; İnsanın ağzına dollar, sussan yandırar, danışsan qanadar. Qəlbinin qırıldığını bəlli etməyən insanları incitməyin. Çünki onlar sizi itirməmək üçün susur, axmaq olduqları üçün deyil!”

Artist növbəti paylaşımında isə fransız yazıçısı Simona de Bovuarın bu sözlərini qeyd edib:

"Qadın doğulmursan, zaman keçdikcə qadın olmağı öyrənirsən”.

Qeyd edək ki, İ.Qafarov gərgin vəziyyətdə olduğunu və özünə qəsd etməyə hazır olduğunu bildirib.

"Uzun müddətdir ki, susurdum. Bizim nikahımız beş il öncə pozulub. Hazırda başqası ilə evliyəm və bir övladım var. İstəmirəm ki, oğlum atasız qalsın. Keçmiş həyat yoldaşım Lalə Məmmədova məni hədələyir, aqressiya göstərir. O, mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib. Ona görə də, xeyli müddət pulsuz qaldım, alimenti ödəyə bilmədim” deyə, İlham bildirib.

O iddia edib ki, Məmmədova ondan polisə şikayət edib:

"O, 2015-ci ildə polisə şikayət verib dedi ki, guya onu öldürmək istəmişəm. Lakin mən sübut etdim ki, bu, əsassız ittihamdır. Məni sərbəst buraxdılar. İmkansızlıq olduğundan üç min manat borc yığılmışdı. Ödəyə bilmədiyim üçün bunun əvəzində isə mənim avtomobilimi müsadirə etdilər. 57 yaşındayam, daimi işim yoxdur. Tərcüməçiliklə məşğulam. Rusiyadan gələn turistləri müşayiət edirəm. Bu iş isə həmişə olmur.

Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz min manata çatıb:

"Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308 manatdır. Bütün məhkəmələrdə qalib gəlib. Mənim sağlamlığımda problem var. Ürəyim xəstədir. Lalənin üç rəsmi iş yeri var, toylara isə 8 min manata gedir. Amma bu, ona bəs etmir”./publika.az

© xezerxeber.az


1793 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR