Yasamal sakinləri SƏHƏRİ "SÜRPRİZ"LƏ AÇDILAR: Gözlərinə inanmadılar

24.04.2019 13:45

Bakının Yasamal rayonunda oğurluq hadisəsi olub.

Milli.Az-a zərərçəkənlərinverdiyi məlumata görə, rayonun İnşaatçılar prospekti, Bina 1, mənzil 28, 29, 30 ünvanında su sayğacları oğurlanıb.

Bina sakinləri oğurluqhadisəsi ilə bağlı bunu deyiblər:

"Səhəri "sürprizlə" qarşılaşdıq. Binanın su sayğacları oğurlanıb. Səhər 7-də səs-küylə qonşular yığılıb. Baxırıq ki, 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki sayğaclar yoxdur".

Qeyd edək ki, oğurluq olayı ilə bağlı sakinlər polisə xəbər veriblər.

© xezerxeber.az


634 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR