Bu gecə PALÇIQ YAĞACAQ

23.04.2019 16:42

Bu axşam İstanbulda palçıq yağacaq.

Bu barədə Meteorologiya Departamentinin 1-ci bölgə dairəsi informasiya yayıb.

Xəbərə görə, 23 apreldə günün ikinci yarısından etibarən 24 aprel gecə saatlarına qədər palçıq yağışı davam edəcək.

Palçıq yağışının səbəbi Şimali Afrikadan gələn toz dumanının buludlarla qarışmasıdır.

Bu yağışdan Mərmərə, Egey, Qərbi Aralıq dənizi, İç Anadolu bölgələri də təsirlənəcək./publika.az

© xezerxeber.az


1858 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR