Yüzlərlə xəstəxana Səhiyyə Nazirliyindən alınır - VİDEO

19.04.2019 20:03

Yüzlərlə səhiyyə müəssisəsi nazirliyin tabeliyindən çıxarılaraq TƏBİB publik hüquqi şəxsin sərəncamına veriləcək. Prosesə tam şəkildə gələn il yanvarin 1-dən başlanılacaq. İcbari Tibbi Sığorta Agentliyi yeni təsisatın fəaliyyət xüsusiyyətlərini açıqlayıb. Səhiyyə Nazirliyinin tabeliyində qalacaq müəssisələr də artıq bəllidir.

Xezerxeber.az-ın məlumatına görə, bir sıra səhiyyə müəssisələrinin TƏBİB publik hüquqi şəxsə verilməsindən sonra Səhiyyə Nazirliyinin tabeliyində hansı müəssisələrin qalacağı bəlli olub.

İcbari Tibbi Sığorta Agentliyinin departament rəhbəri Vüqar Qurbanov bildirib ki, səhiyyə müəssisələrinin yeni idarə formasına keçməsi vətəndaşlara göstərilən xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini yüksəldəcək.

Vüqar Qurbanov bir çox səlahiyyətlərin TƏBİB publik hüquqi şəxsə keçməsindən sonra Səhiyyə Nazirliyində hansı funksiyaların qaldığına da aydınlıq gətirib.

Qeyd edək ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən yüzlərlə səhiyyə müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi", yəni TƏBİB publik hüquqi şəxsə veriləcək. Yeni publik hüquqi şəxs tam şəkildə fəaliyyətinə 2020-ci il yanvarın 1-dən başlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






978 dəfə oxunub

XƏBƏRLƏR

20.07.2019 15:27

Qaradağda ev yanıb

ÇOX OXUNANLAR