İmamoğlu Ərdoğanı hava limanında qarşıladı - VİDEO

19.04.2019 13:35

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olaraq vəzifəsinin icrasına başlayan Əkrəm İmamoğlunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında qarşılayıb.

Əkrəm İmamoğlu Ərdoğanı Atatürk Hava Limanında qarşılayıb. İmamoğlu vəzifəyə başladıqdan sonra ilk dəfə prezident Ərdoğan ilə bir araya gəlib.

Qeyd edək ki, jurnalistlər İmamoğluya "Ərdoğan İstanbula gələrsə onu qarşılamağa gedəcəksinizmi ?" sualı ünvanlamışdılar. O isə bəyan edib ki, vəzifəsində öhdəliyinə nə düşürsə onuda edəcək. Lazım gələrsə qucaqlamağada hazırdır.


© xezerxeber.az


668 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR