Babadağda ölümə belə getdilər: SON ANLARI GÖRÜNTÜLƏNDİ - VİDEO

17.04.2019 10:27

Türkiyənin Muğla vilayətinin Fethiye mahalında paraşüt qəzasında ölən pilot və pakistanlı sərnişinin cəsədləri tapılıb.

Babadağda 1200 metr yüksəklikdən uçuş həyata keçirən pilot Mustafa Kamal Öztürk və onun pakistanlı sərnişini, 27 yaşındakı Zarak Zaher qısa müddət sonra uçurumdan düşərək həyatlarını itiriblər.

Axtarış-xilasetmə əməliyyatı üçün helikopterlər cəlb edilib. 21 saatlıq axtarışdan sonra pilot və sərnişinin cəsədləri tapılıb. Ölən şəxslərin paraşütlə uçmadan əvvəl çəkilən son görüntüləri ortaya çıxıb.

publika.az

© xezerxeber.az


749 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR