Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Avtomobillərdə pərdə qadağası başa çatır

15.04.2019 13:54

Mayın 1-dən etibarən avtomobillərin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə veriləcək.

Bunu açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Vaqif Əsədovun sözlərinə görə, avtomobillərdə ancaq standart pərdə və jalüzlərin istifadəsinə icazə veriləcək:

"Qəbul edilmiş standartlar üzrə mayın 1-dən etibarən minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, avtomobillərin arxa qapılarının şüşələrinə) sənaye üsulu ilə hazırlanmış jalüzlər (pərdələr) çəkilməsinə icazə veriləcək.

Bəzi sürücülər buqələmun rəngli və yaxud güzgü tipli şüşələrdən istifadə edir və bu da yolverilməzdir.

Ancaq sənaye üsulu ilə hazırlanmış stnadart pərdə və jalüzlərin istifadəsinə icazə verilir.

Yol-hərəkəti qanununun tələbinə əsasən, istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə görünüşün məhdudlaşdırılması, şəffaflığı korlayan pərdələrin, plyonkaların quraşdırılaraq istifadə edilməsi yolverilməzdir və bunu edənlər inzibati məsuliyyətə cəlb edilir”.

Qeyd edək ki, tələblər üzrə nəqliyyat vasitələrində bu göstəricilər nəzərə alınmasa, sürücülər 150 manat məbləğində cərimə olunacaq.

Bu icazə noyabrın 15-nə qədər qüvvədə olacaq.

© xezerxeber.az

FOTOQALERIYA






881 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR