Dollar ucuzlaşır: Proqnoz verildi

12.04.2019 17:59

Beynəlxalq maliyyə bazarlarında aparıcı valyutalar arasında avroya olan tələbin artması, qızıl fyuçerslərinin də ucuzlaşmasına səbəb olur.

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son iki həftənin minimum səviyyələrində ticarət edilməkdədir və minimumları da aşağı istiqamətdə qırarsa, 1%-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Beləliklə, avroya olan tələb və EUR/USD məzənnəsinin 1.13$-a kimi bahalaşa biləcəyi proqnozları da artıb.

Avroya olan tələbin artması əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olur. Əlvan metallar bazarlarında hal-hazırda 1292$-ın altında ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1290$-ı da aşağı istiqamətdə qırarsa, 1281$-a kimi də ucuzlaşa bilər.(marja)

© xezerxeber.az


2158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR