DƏHŞƏTLİ ZƏLZƏLƏ OLDU - Sunami xəbərdarlığı verildi

12.04.2019 16:24

İndonezyada şiddətli yeraltı təkanlar qeydə alınıb.

Sulavesi adasının cənubunda meydana gələn zəlzələ 7 bal gücündə olub.

ABŞ Geoloji Araşdırmalar Qurumunun verdiyi informasiyaya görə, zəlzələ yerli vaxtla 19:40-da qeydə alınıb. Yeraltı təkanların episentri 43 km dərinlikdə olub.

İndoneziya Meteorologiya, Hava və Geofizika Agentliyi zəlzələdən sonra sunami təhlükəsinin olması barədə xəbərdarlıq edib./publika.az

© xezerxeber.az


1472 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR