Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Dərman qəbul edərkən nələri yemək olmaz? - Mütəxəssis cavablandırır - VİDEO

25.03.2019 20:42

Səhərlər dərman qəbulundan əvvəl və ya sonra içilən kofe, başağrı dərmanı istifadə etdikdən sonra yeyilən acılı yemək, yaxud şəkər və təzyiq dərmanı içdikdən sonra duzlu qida qəbul edilir. Bunlar isə zəhərlənmə, qanaxma, hətta ölümə səbəb ola bilər.

Xezerxeber.az-ın məlumatına görə, dərman qəbul edərkən bəzi meyvə-tərəvəzlər var ki, onlar mütləq qida rasionundan çıxarılmalıdır.

Mütəxəssislərin sözlərinə görə, adi baş ağrısını kəsmək üçün qəbul edilən dərmanın üzərindən qəbul edilən qida ağır nəticələr verə bilər.

Həkim dietoloq Ləman Süleymanovanın sözlərinə görə, bəzi qidalar var ki, onların əksər dərmanın qəbulu zamanı yeyilməsi ümumiyyətlə məsləhət görülmür. Göbələk, pomidor və qreyfrut, limon kimi sitrus meyvələri bir çox dərmanla reaksiyaya girib, mənfi təsir göstərə bilər.

Mədə-bağırsaq xəstəliyi ilə bağlı dərman qəbul edənlərə acılı qidalar, şəkər və diabetik xəstəlikləri səbəbindən dərman qəbul edənlərə isə gec həzm olunan ağır və yağlı yeməklər ümumiyyətlə tövsiyə edilmir.

Mütəxəssis onu da bildirir ki, dərman qəbul edən şəxsin qidalanmadan sonra hər hansı başağrı və ishalla rastlaşarsa mütləq həkimə müraciət etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






492 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR