Sürücülərə xəbərdarlıq olunur - Bu yolda hərəkət məhdudlaşdırıldı

23.03.2019 14:35

Biləcəridə yollardan birində hərəkət məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Məhdudlaşma sabah gün ərzində aradan qaldırılacaq.

Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

© xezerxeber.az

FOTOQALERIYA






417 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR