Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Messi zədələndi, qalmaqallı müqavilə havada qaldı

23.03.2019 13:43

"Barselona"nın futbolçusu Lionel Messinin Argentina millisinə qayıdışı uğursuz olub.

XəzərXəbər yığma komandanın rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu düşərgədə zədələnin. Messi bu səbəbdən Mərakeş yığmasına qarşı yoldaşlıq oyununda iştirak etməyəcək.

Messinin qasıq nahiyəsində ağrılar hiss etdiyi bildirilib. Həmçinin komandanın digər oyunçusu Qonsalo Martines də zədə səbəbindən növbəti görüşü buraxacaq.

Qeyd edək ki, Rusiyadakı dünya çempionatındakı uğursuzluqdan sonra milli komandadan imtina edən Messi ilə bağlı Argentina və Mərakeş futbol federasiyaları arasında qalmaqala səbəb olan müqavilə imzalanmışdı. Afrika mətbuatında yayılan xəbərə görə, Mərakeşlə oyun öncəsi Messini qoruma üçün bir anlaşma əldə olunub.

Anlaşmaya görə, Mərakeş Futbol Federasiyası Argentina yığması üçün xüsusi təyyarə ayırmalıdı. Müqavilədə Messi ilə bağlı da bəzi maddələr var. Belə ki, ulduz futbolçu ən azı 60 dəqiqə meydanda olmalı, mərakeşli futbolçular ona qarşı sərt müdaxilələr etməməli idi. Həmçinin xəbərdə bildirilirdi ki, Mərakeşin baş məşqçisi Herve Renard futbolçularına "Messiyə toxunmayın" tapşırığını verib.

Lakin ulduz futbolçu zədə aldığından imzalanan müqavilənin bəzi şərtlərinə əməl olunamayaq.

Onu da qeyd edək ki, Argentina yoldaşlıq oyununda Venesuelaya 1:3 hesabı ilə uduzub. Lionel Messi həmin görüşdə sona qədər iştirak edib. Bu, ulduz futbolçunun 2018-ci il dünya çempionatından sonra yığmada ilk matçı olub.

Fanat.Az

© xezerxeber.az


478 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR