Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bütün proqnozları düz çıxan alimdən ŞOK XƏBƏRDARLIQ: Gələn həftə dəhşətli zəlzələ...

20.03.2019 14:25

Verdiyi proqnozlarla bütün dünyada məşhurlaşan, bu gün səhər saatlarında Türkiyədə meydana gələn zəlzələnin də xəbərini çox öncədən verən seysmoloq Frenk Huqerbits yeni açıqlaması ilə gündəmə gəlib.

Mütəxəssis mart ayının sonunda da şiddətli zəlzələ olacağını proqnozlaşdırıb.

Alimin sözlərinə görə, bu ayın sonunda Merkuri, Neptun və Yer planeti eyni cərgədə sıralanacaq. Buna görə də Yerdə şiddətlə yeraltı təkanlar qeydə alınacaq.

Son olaraq 21 fevral tarixində bu planetlərin eyni cərgədə sıralanmasına və bundan sonra 7,5 bal gücündə zəlzələnin meydana gəlməsinə diqqət çəkən Huqerbits ayın son həftəsində diqqətli olunması ilə bağlı çağırış edib.

Qeyd edək ki, seysmoloq ötən gün verdiyi açıqlamada 20-21 martda Avropa-Aralıq dənizi seysmik xəttində zəlzələ olacağını söyləmişdi.

Bundan əvvəl onun verdiyi bütün proqnozlar doğru çıxıb./publika.az

© xezerxeber.az


583 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR