Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 18 yaşlı qızının toyu olacaqdı, anası meyitini tapdı

19.03.2019 13:39

Zərdab rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Rayonun Əlvənd kəndində yaşayan 2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı valideynlərinin təkidi ilə 9-cu sinifdən təhsilini yarımçıq qoyubmuş.

Bir müddət əvvəl nişanlanan gənc qızın yaxın vaxtlarda toyu planlaşdırılırmış.

Bildirilir ki, ailənin böyük övladı olan Nərminin hər hansı probleminin olması ilə bağlı hər hansı məlumat olmayıb. Dünən evin həyətindəki tövləyə daxil olan anası Nərminin özünü asdığını görüb. O, qızına kömək etməyə çalışsa da, 18 yaşlı Nərminin artıq keçindiyi məlum olub.

Faktla bağlı Zərdab rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

*****

Zərdab rayonunda intihar hadisəsi baş verib.

Rayonun Əlvənd kəndində yaşayan 2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı özünü öldürüb.

18 yaşlı qız yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

Nərmin İbrahimovanın intiharının səbəbləri hələlik tam dəqiqləşməyib.

Faktla bağlı Zərdab rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./publika.az

© xezerxeber.az


630 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR