Diqqətli olun: Sizdə bu üsulla aldadıla bilərsiniz - VİDEO

11.03.2019 19:39

Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib. Özünü alıcı kimi təqdim edən şəxs avtomobilin sahibi ilə razılaşaraq birlikdə notariat kontoruna gəlib. "Mən maşında gözləyirəm, sən növbə tut" deyən dırnaqarası alıcı sonradan maşını götürərək aradan çıxıb. Maşın sahibinə isə son sözü bu olub - "bağışla, 1000 manat borcum var, maşını sələmçiyə verdim".

Bakıda özünü müştəri kimi qələmə verən şəxs avtomobil oğurlayıb.

Hadisə Yasamal rayonunda baş verib. Şahmar Məhərrəmov avtomobilini satmaq məqsədi ilə elan saytlarından birinə məlumat yerləşdririb. Özünü alıcı kimi təqdim edən Asiman Zeynalov maşını bəyəndiyini və baxmaq istədiyini bildirib. Sövdələşmək üçün notariat kontoruna gəldikdə isə avtomobilin sahibi sənədləşdirmə üçün növbəyə dayanıb, Asiman Zeynalov isə avtomobilin sazlığını yoxlamaq üçün maşında qalıb.

Şahmar Məhərrəmov iddia edir ki, Asiman Zeynalova sonradan zəng etdikdə yalnız bir cavab alıb. "Bağışla, səhv eləmişəm, maşını sələmçiyə verdim."

Şahmar Məhərrəmovun sözlərinə görə, avtomobilini oğurlayan şəxs heç bir sənədi olmasa da, avtomobili idarə edir. Həmin vaxtdan bu günə qədər də Şahmar Məhərrəmov avtomobilini axtarır.

Zərərçəkən avtomobil oğurlanan gün polisə müraciət edib. Əvvəl məsələyə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində baxılsa da, sonradan iş Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə göndərilib. Məsələylə bağlı 27-ci polis bölməsindən bildirilib ki, hazırda məsələ araşdırılır.

© xezerxeber.az


1276 dəfə oxunub

XƏBƏRLƏR

24.03.2019 09:56

Bakıda maşın yanıb

ÇOX OXUNANLAR