Avtomobili "moyka"ya aparmağa ehtiyac qalmadı - Səyyar avtoyuma məntəqəsi qapınıza gəlir- VİDEO

24.02.2019 20:18

Səyyar avtoyuma məntəqəsində avtomobilin yuyulma qiyməti 15 manatla 190 manat arasında dəyişir. Buna səbəb isə bu məntəqənin səyyar olmasıdır. Yəni olduğunuz yeri deyirsiniz və onlar gəlib elə yerindəcə maşını yuyurlar. Üstəlik, bu zaman istifadə edilən su da ətrafa dağılmır.

Xezerxeber.az-ın məlumatına görə, istədiyiniz yerə gəlib avtomobili xüsusi çadıra salıb yuyurlar, su ətrafa dağılmır və toplanan çirkli suyu da yığıb aparırlar.

Avtomobili avtoyuma məntəqəsinə aparmağa ehtiyac yoxdur. Artıq avtoyuma məntəqəsi müştərinin ayağına gəlir. Amma bunun üçün gərək sürücünün ''əli cibində olsun''. Burada avtomobili yuduzdurmağın qiyməti 15 manatla 190 manat arasında dəyişir. Sifarişlərin sayı isə hər keçən gün artır.

Səyyar avtoyuma məntəqəsinin içində təmiz və çirkli su çəni, işıq generatoru və digər lazımi təmizləmə vasitələri var. Yəni müştəridən ödənişdən başqa heç nə tələb edilmir. Belə bir avtomobilin hazırlanması isə 40 min manata baş gəlib. Çalışanların sözlərinə görə, bu xidmətdən əsasən bahalı avtomobillərin sürücüləri istifadə edir və ən çox sifarişlər şəhər ətrafı ərazilərə, bağlara olur.

Bu xidmətə tələb çox olduğundan artıq 2-ci səyyar avtoyuma məntəqəsinin hazırlanması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






2327 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 16:09

Ət idxalı artıb

ÇOX OXUNANLAR