Minlərlə insanın pensiyası İKİQAT ARTACAQ - Qanun QƏBUL EDİLDİ

19.02.2019 14:04

Milli Məclisin bugünkü plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə edilib.

XəzərXəbər xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Hadı Rəcəbli məlumat verib.

Millət vəkili bildirib ki, bu dəyişiklik aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşmasına xidmət edir.

"Qanuna edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bu vaxta qədər pensiyanın minimum məbləği 116 manat idi, lakin 80 manat da pensiya alan var idi. Bu dəyişiklikdən sonra təkcə 9 min nəfərin pensiyası iki dəfə artmış olacaq”.

Qanun səsə qoyularaq qəbul edilib. Dəyişiklik mart ayının 1-dən qüvvəyə minir.

© xezerxeber.az


2837 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR