Universitet binası uçub, 21 tələbənin dağıntılar altında qaldığı ehtimalı var - VİDEO

17.02.2019 11:21

Rusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü beşinci mərtəbədən ikinciyə qədər çöküb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

"Lomonosov küçəsi, ev 9-da Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin beşmərtbəli binasında dam örtüyünün pilətələri ikinci mətəbəyə qədər uçub", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görədağıntının sahəsi təqribən 150 kvadrat metrdir. Bindan 81 tələbə təxliyə edilsə də,21 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

FHN dağıntının təmir işləri aparılan zaman texniki tələblərin pozulması səbəbindən baş verdiyini hesab edir.

© xezerxeber.az


519 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR