Bakıda 75 min manata ağac satılır - VİDEO

16.02.2019 20:15

Bakıda mərkəzdən kəndlərə doğru getdikdə yol kənarlarında dekorativ ağacların satılmasına yəqin ki, rast gəlibsiniz. Burada yerli bitki sortları ilə yanaşı, xaricdən gətirilmiş ağac və kollar da satılır. Əməkdaşlarımız belə satış mərkəzlərindən birində olub və qiymətlərlə maraqlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, buradakı zeytun ağacları İspaniya və İtaliyadan gətirilir.

Satış mərkəzində Aralıq dənizi sahillərindən gətirilmiş palma və digər dekorativ bitkilər də var.

Bəzilərinin yaşları 100 ili keçir, qiymətləri isə 75 min manata qədər gedib çıxır.

Bir sözlə, Bakıda dekorativ bitkilərin satıldığı məntəqələrdə hər növdə və hər qiymətdə ağac və kollara rast gəlmək mümkündür.

Uzun illər bu sahədə fəaliyyət göstərən Ali Köksal deyir ki, bahalı ağaclar arasında Aralıq dənizi ölkələrindən, xüsusilə də İspaniya və İtaliyadan gətirilən zeytun ağacları üstünlük təşkil edir. Qiymətləri isə on minlərlə manatla ölçülür. Qiymətin bu qədər baha olması isə bu bitkilərin daha çox dekorativ olması və bir sıra xüsusiyyətləri ilə əlaqədardır.

Mütəxəssisin sözlərinə görə, bu ağaclar əkilərkən xüsusi qaydalara əməl edilməlidir. Daha sonra isə onların yetişdirilməsi və uzunömürlü olması üçün xüsusi qulluq göstərilməlidir.

Bu bitkilərin, xüsusilə də zeytun ağaclarının Abşeron yarmadasının iqliminə uyğunlaşdığı da bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






677 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR