Deniz Çakırın hicablı xanımlarla dava görüntüləri yayıldı - VİDEO

16.02.2019 11:46

Türkiyənin məşhur aktrisası Deniz Çakır və hicablı xanımlar arasındakı söz savaşı ilə bağlı qalmaqal bitmək bilmir.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın alış-veriş mərkəzlərinin birində yan masada əyləşən 6 hicablı qadına "Bura Ərəbistandır? Nə gəzirsiniz burada?" deməsi anının görüntüləri yayılıb.

Xatırladaq ki, məhkəmə hicablı xanımları təhqir edən aktrisa ilə bağlı işə xitam vermişdi. Amma başıbağlı xanımlar bununla razılaşmadıqlarını bildirmişdi. Bəraət qazanan Çakır bundan əvvəl məhkəməyə ifadəsində haqqında səsləndirilən ittihamlarla razılaşmamış, onun da yaxınları arasında hicablı xanımların olduğunu bildirmişdi.



© xezerxeber.az


443 dəfə oxunub

XƏBƏRLƏR

24.03.2019 09:56

Bakıda maşın yanıb

ÇOX OXUNANLAR