Çay sakinlərin gözü önündə yox oldu!.. - “Qiyamətin başlanğıcıdır?!.” - VİDEO

15.02.2019 13:02

Üç gün öncə İndoneziyada Babadan kəndinin sakinləri çayın görünməmiş sürətlə yerin altına axmağa başladığını müşahidə ediblər və guya çay bir neçə saat ərzində həmin quyuya axaraq yox olub.

Məlumata görə, fevralın əvvəlində çayın altında bir çüxur meydana gəldiyi görünüb və o, tədricən genişlənməyə başlayıb.

Olayın video-görüntülərinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin yerli şöbəsinin əməkdaşları tərəfindən paylaşıldığı bildirilir.

Artıq internetdə bir çox istifadəçilər təşvişə düşüb. Onlar iddia edir ki, bu, həmin kənd sakinlərinin Allahın buyruqlarına uyğun yaşamamasına görə bir cəzadır və Qiyamətin başlanğıcıdır...

Xatırladılır ki, 2018-ci ildə Meksikada oxşar vəziyyət yaranıb. Su hövzəsinin dibində çökmə meydana gəlib və bunun nəticəsində su yerin altına axıb.Getdikcə belə təbii hadisələr daha çox baş verir…

Moderator.az

© xezerxeber.az


1331 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR