Bakıda bu kafedə ödənişi yeyib-içməyə yox, keçirdiyin zamana görə ödəyirsən - VİDEO

10.02.2019 19:08

Paytaxt Bakıda elə ictimai iaşə obyektləri var ki, orada ödənişi sifarişə görə yox, keçirdiyin zamana görə ödəyirsən. Avropada geniş yayılan, ölkəmizdə isə az rast gəlinən xidmət məkanlarında çay, kofe və şirniyyatlardan limitsiz istifadə etmək mümkündür. Ödənişi isə obyektdə keçirdiyin saata görə edirsən. Saat və ödənişlər isə tərs mütənasibdir.

Xezerxeber.az-ın məlumatına görə, bu məkanda içki və şirniyyata görə deyil, keçirdiyin saata görə ödəniş edirsən.

Avropa ölkələrində geniş yayılsa da ölkəmizdə fəaliyyət göstərən belə obyektlər elə də çox deyil.

Bakıda fəaliyyət göstərən obyektlərdən birinin rəhbəri Bəyəli Əliyev deyir ki, belə məkanlarda müştəri özü-özünə xidmət edir.

Qiymətlər ümumi və fərdi otaqlarda müxtəlifdir. Daha çox zaman keçirdikcə daha az ödəniş edirsən.

Müştərilər onlara təklif edilən stolüstü oyunlarla əyləncəli zaman da keçirə bilərlər.

Qrup halında fərdi otaqlardan istifadə etdikdə isə 2 nəfər üçün ilk saat 15, digər saatlar 10 manatdan hesablanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


393 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR