Yaponiya sinoptikləri fevralın 9-da paytaxt Tokionun da daxil olduğu Kanto regionunda güclü qar yağacağı barədə xəbərdarlıq ediblər.
XəzərXəbər-in məlumatına görə Yaponiya Meteorologiya Agentliyi açıqlayıb ki, güclü soyuq hava kütlələri və aşağı təzyiq şənbə günü səhərdən gecəyədək böyük əraziyə qar gətirəcək.
Güclü qar yağması nəticəsində fevralın 10-da səhər Kanto regionunun dağlıq ərazilərinə 10 santimetr, düzənlik əraziyə 8 santimetr və Tokionun 23 rayonuna 5 santimetr qalınlığında qar düşəcəyi gözlənilir.
Meteorologiya agentliyi insanları nəqliyyatın hərəkətində problemlər yaradacaq buzlu yollarda ehtiyatlı olmağa çağırır. Sürücülərə qış şinlərindən və ya zəncirlərdən istifadə etmək tövsiyə olunur.
Bəzi aviaşirkətlər şənbə gününə nəzərdə tutulan bir sıra reysləri artıq təxirə salıblar. Fevralın 9-da səhər saat 5-ə olan məlumata görə, "Japan Airlines” aviaşirkəti Tokionun "Haneda” və qonşuluqdakı Çiba prefekturasında yeləşən "Narita” aeroportlarında 50 reysi təxirə salıb.
"Jetstar” aviaşirkəti isə "Narita” və Aiçi prefekturasındakı "Tyubu” aeroportlarında 34 reysin uçuşunu dayandırıb. "Nippon Airways” şirkəti "Narita”ya cəmi 12 reysi həyata keçirib.
Aviadaşıyıcılar son məlumatları almaq üçün sərnişinlərdən öz elektron poçtlarını və şirkətlərin veb-saytlarını izləməyi xahiş edirlər.
"Bakıya gedirəm" deyib evdən çıxdı - 7 gündür xəbər yoxdur - VİDEO
Masallıda ağır qəza - Sürücünün meyitini FHN çıxardı - VİDEO
Dünyanın ən böyük arısı tapıldı: Ölçüsü heyrət doğurur - VİDEO
"Bakıya gedirəm" deyib evdən çıxdı - 7 gündür xəbər yoxdur - VİDEO
İnsan öz bacısına bunu edərmi? - Tükləriniz biz-biz olacaq - FOTO
Masallıda ağır qəza - Sürücünün meyitini FHN çıxardı - VİDEO
Minlərlə insanın pensiyası İKİQAT ARTACAQ - Qanun QƏBUL EDİLDİ
Sabah 8 bal gücündə zəlzələ olacaq? — Seysmoloji Mərkəzdən AÇIQLAMA
DƏHŞƏT: İş adamının xanımının başını kəsib küçəyə atdılar - VİDEO
Evdən qaçan iki qız parkda qorxunc vəziyyətdə tapıldı - VİDEO
Dövlət qulluqçularının maaşı artırılır - YENİ QANUN LAYİHƏSİ - VİDEO
Bu həftə tarixin ən dəhşətli SOYUĞU OLACAQ - Mənfi 60 DƏRƏCƏ
Minlərlə insanın pensiyası İKİQAT ARTACAQ - Qanun QƏBUL EDİLDİ