Dövlət qulluqçularının maaşı artırılır - YENİ QANUN LAYİHƏSİ - VİDEO

25.01.2019 20:48

Dövlət qulluqçularına əmək haqlarının ödənişi zamanı yeni yanaşma tətbiq ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu məsələ "Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında" yeni qanun layihəsində öz əksini tapıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib ki, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var. Onun sözlərinə görə, dövlət qulluğu sahəsində maaşlar özəl sektorla müqayisə oluna biləcək səviyyədə müəyyən ediləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, mövcud qanunvericilikdə dövlət qulluqçularının qiymətləndirilməsi sistemi olsa da, dövlət qulluqçusunun fəaliyyətinin nəticəsi onun əməkhaqqına heç bir təsir göstərmir. Dövlət qulluqçularının motivasiyalarının artırılmasının vacibliyini vurğulayan Məleykə Abbaszadə qeyd edib ki, hazırda dövlət və özəl sektor arasında həm peşəkar kadrlar, həm də əmək haqqı baxımından fərq var.

Bu arada, "Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






7181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR