5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxdu - VƏZİYYƏTİ AĞIRDIR

17.01.2019 16:36

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.

Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər.

Xatırladaq ki, Gürcüstanda bu günə qədər "donuz qripi" adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.

© xezerxeber.az


1274 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR