Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Alimlərdən XƏBƏRDARLIQ: Dəhşətli fəlakət yaxınlaşır

11.01.2019 11:55

Elm adamları okean sularının əvvəlki illərə nisbətən sürətli şəkildə isindiyini açıqlayıb.

"Science” dərgisində yer alan məqalədə insanlara təhlükənin siqnalları verilib.

Belə ki, bu əsrin sonuna qədər okean suları sürətlə isinəcək və dəniz səviyyəsi 30% həcmində yüksələcək.

Xəbərə görə, buzlaqlar BMT-nin 5 il öncəki hesabatındakı təxminlərdən daha sürətli şəkildə əriyir. Okeanın istiliyi bir neçə il ərzində rekord qıracaq. Elm adamları okeanların istilənməyə davam etdikcə daha pis nəticələr doğuracağını bildirib.

Araşdırmaya görə, istilənən okeanlar fırtına, qasırğa və şiddətli yağışların artmasında əhəmiyyətli faktordur. Suların temperaturunun qalxması, eyni zamanda, dəniz ekosistemlərini öldürür, dəniz səviyyəsini artırır və qasırğalarının daha fəlakətli olmasına yol açır.

Dəniz sularının bu şəkildə sürətlə istilənməsinin səbəbi isə havaya buraxılan zəhərli qazların yaratdığı temperaturdur./publika.az

© xezerxeber.az


1195 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR