Bu ailələrin hər birinə 100 manat PUL VERİLƏCƏK - İlham Əliyevdən MÜHÜM SƏRƏNCAM

19.12.2018 18:17

Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilsin.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin edəcək.

Nazirlər Kabineti və Maliyyə Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

© xezerxeber.az

FOTOQALERIYA






2337 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR