Nazirlikdən Fəxrəddin Manafovla bağlı XÜSUSİ TAPŞIRIQ - VİDEO

06.12.2018 20:33

Xalq artisti Fəxrəddin Manafovla Səməd Vurğun adına Rus Dram Teatrının rəhbərliyi arasında yaranan gərginlik hələ də davam edir.

Son günlər kütləvi informasiya vasitələrində xalq artisti Fəxrəddin Manafovla Səməd Vurğun adına Rus Dram Teatrının rəhbərliyi arasında yaranan gərginlik səbəbindən xalq artisininTeatrından ayrılması ilə bağlı məlumatlar yer alıb.Xalq artisti həmin teatrdan getməsini bu cür izzah edib."Sadəcə, piar lazım idi. Teatrın kassasına 2-3 min daha tamaşaçı cəlb etmək üçün afişaya mənim adımı yazmaq lazım olub. Allah eşqinə, mən buna qarşı deyiləm. Ancaq nə vaxt ki, maraqlı, yaddaqalan iş görməyə başlayırsan, bu, kiminsə xoşuna gəlmir, qıcıqlandırır və müqavimətə səbəb olur." deyə Manafov bildirib.

Rus Dram Teatrıda xalq artisti Fəxrəddin Manafovun işdən ayrılması barədə verdiyi açıqlamaya münasibət bildirib.Teatrın direktor müavini İlham Məmmədov aktyorun ittihamları ilə razılaşmadığını qeyd edib.O,bildirib ki,"Burada böyük bir problem yoxdur. O, bizim teatrın aktyorudur. Biz Fəxrəddin Manafovu teatra vaxtında dəvət etmişik ki, burada işləsin. Biz onu çıxarmaq üçün işə gətirməmişik ki…Doğrudan da, o, istedadlı şəxsdir.Teatr özünü Fəxrəddin Manafovun adını afiaşalara yazmaqla piar etməsi məsələsinə gəldikdə isə direktor müavini bildirib ki,bizə belə şeylər lazım deyil.

Məsələyə Mədəniyyət Nazirliyindən də münasibət bildirilib.Qurumun şöbə müdiri İntiqam Hümbətov deyib ki, nazirdərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

İntiqam Hümbətovun sözlərinə görə, bu məsələ tezliklə tanınmış aktyorla teatr rəhbərliyi arasında müsbət həllini tapacaq.

© xezerxeber.az


482 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR