SON DƏQİQƏ! İranda terror aktı törədilib: ölənlər var

06.12.2018 11:59

Bir neçə dəqiqə öncə İranın Çabəhar şəhərinin Şəhid Rigi bulvarında partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə İranın Xəbər Televiziyası xəbər yayıb.

İlkin məlumatlara görə, terror aktı nəticəsində azı üç nəfər ölüb, bir neçə nəfər yaralanıb. Yaralılar arasında qadın və uşaqlar da var.

Partlayıcı qurğu avtomobildə yerləşdirilibmiş. Şahidlərin sözlərinə görə, atışma səsləri də eşidilib.

© xezerxeber.az

FOTOQALERIYA






313 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR