Şəxsiyyət vəsiqələri xarici pasportun içində olacaq?

05.12.2018 15:24

Bu, bizim üçün aktual məsələ deyil.

Azərbaycanda da bəzi xarici ölkələrdə olduğu kimi şəxsiyyət vəsiqələrinin ümumvətəndaş pasportunun içində ayrıca vərəq kimi olması bizim üçün aktual məsələ deyil.

Bu sözləri Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibova yeni şəxsiyyət vəsiqələri ilə bağlı Sputnik.az-a müsahibəsində bildirib.

J.Nəsibova deyib ki, ucqar bölgələrdə yaşayan vətəndaşlara xarici pasport ümumiyyətlə lazım olmadığı üçün buna ehtiyac yoxdur:

"Şəxsiyyət vəsiqəsini ölkədə hamı istifadə edir. Bilirsiniz ki, hər bir hüquqi addım üçün şəxsiyyət vəsiqəsinə ehtiyac var. Amma ucqar rayonlarda yaşayan vətəndaşlar var ki, onlar heç bir xarici ölkəyə getmirlər. Bu səbəbdən də şəxsiyyət vəsiqəsinin ümümvətəndaş pasportunun içində olması maddi baxımdan səmərəli deyil”.

© xezerxeber.az


592 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR