Bakıda 10 yaşlı uşaq öldü - VİDEO

03.12.2018 19:53

Bakıda 1 ailənin 3 üzvü zəhərlənib. 10 yaşlı uşaq isə zəhərlənmədən dünyasını dəyişib. Hadisə dekabrın 1-dəsəhər saatlarında Nizami rayonu, Keşlə qəsəbəsində baş verib.

Həmin gün səhər saatlarında qəsəbə sakinləri Murad Mərdanov, onun həyat yoldaşı Məlahət Mərdanova və övladları Fateh Məmmədov zəhərləniblər. Azyaşlı Fateh Mərdanov evdə dünyasını dəyişib, atası və anası isə xəstəxanaya çatdırılıblar. 1 saylı kliniki tibbi mərkəzin toksikologiya şöbəsində onlara müdaxilə edilib. Bundan sonra onlar evə buraxılıblar.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Yayılan xəbərlərdə bildirilirdi ki, ailə qəbul etdikləri qidadan zəhərlənib. Azyaşlı Fatehin atası Murad Mərdanov isə həmin anları bu cür xatırlayır.

Bu arada Qida Təhlükəsizliyi Agentliyi ailənin qidadan zəhərlənməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Agentliyin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazı ilə zəhərləndiyi məlum olub. Zərərçəkənlərdən götürülmüş qan nümünələrində dəm qazının miqdarı normadan artıq olması müəyyən edilib.

Mərhumun ailəsi də zəhərlənmənin hansı səbəbdən baş veməsi məsələsinə münasibət bildirib.

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən 10 yaşlı Fateh Mərdanov evin tək övladı olub. O Bakıda həm də musiqi məktəblərinin birində muğam üzrə təhsil alırmış. Azyaşlı bu gün doğulduğu Saatlı rayonuna aparılaraq dəfn edilib.

© xezerxeber.az

FOTOQALERIYA






1568 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR