İş yoldaşı olan müəllimənin intim videosunu çəkdi və... - Orta məktəbdəki biabırçılığın TƏFƏRRÜATI

01.12.2018 10:49

İş yoldaşı olan müəlliməni intim görüntülərlə şantay edənlərin cinayət işi yekunlaşıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Y.Zalov 5 il azadlıqdan məhrum edilib, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilmiş S.Hümbətovaya isə şərti cəza verilib.

İttihama görə, bu ilin mart ayında Bakı şəhər sakini Y.Zalov paytaxt sakini X.R barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 5 100 manat pul manat alıb.

Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Zalov bu əməli tanışı S.Hümbətova ilə birgə törədib. Belə ki, təqsirləndirilən Səkinə Hümbətova ilə zərərçəkən Xanım müəllimə Hövsan qəsəbəsində yerləşən Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbdə birgə işləyiblər. Hadisələrdə elə həmin məktəbdə cərəyan edib. Səkinə Hümbətova riyaziyyat müəlliməsi işləyən Xanım müəllimənin müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman video görüntülərini çəkib. İttiham aktına görə, həmin məktəbin məzunu olan Yaqub Zalov ilə Səkinə Hümbətova sevgili olub. Videoları çəkdikdən sonra isə Xanım müəlliməni video görüntülərlə şantaj edəcəklərini bildirərək ondan müxtəlif zamanlarda xeyli miqdarda pul alıblar.

Daha sonra hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 182.21-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb./AzNews.Az

© xezerxeber.az


611 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR