SON XƏBƏR: Qanlı tarixçə - Qərənfil niyə matəm gülüdür? - VİDEO
SON XƏBƏR: Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - VİDEO
SON XƏBƏR: Köhnə avtomobil sürənlərə pis xəbər: Belə maşınlar yığışdırılır - VİDEO
SON XƏBƏR: 20 Yanvar Televiziya blokunun partladılmasından başlandı - Vasif Babayev danışır - VİDEO
Müasir Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amalya Pənahova ilə vida mərasimi keçirilib. Aktrisa ilə son görüşə ailə üzvləri ilə yanaşı, nazirlər, millət vəkilləri, sənət adamları və sənətinin vurğunları gəliblər. Vida mərasimindən sonra o, vəsiyyətinə uyğun olaraq, həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında, "qurd qapısı" qəbiristanlığında dəfn edilib.
Azərbaycan səhnəsinin Tomrisi, Burla Xatunu, Ofeliyası Amaliya Pənahova sevənləri ilə vidalaşdı.
Xalq artisti, şərəf və söhrət ordenli aktrisa bu gün sonuncu dəfə səhnəyə çıxdı. Ancaq bu dəfə nə danışdı, nə də hər hansı bir rol oynadı.. Sadəcə səhnədə səssizcə durdu, onu sevənlər isə bu böyük itkinin ağrısı ilə onu seyr etdilər...
Böyük sənət adamı ilə vida mərasimində iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev dedi ki, Amaliya Pənahova Azərbaycan teatrı üçün əvəzolunmaz şəxslərdən biridir. Onun teatr və kino sənətinin inkişafında böyük xidmətləri olub və indiyə qədər 500-dən artıq yaddaqalan obraz yaradıb..
Ailə üzvləri və doğmaları ilə yanaşı, sənət dostları da aktrisanı son mənzilə yola salmaq üçün gəlmişdilər.
İstər onunla bir səhnəni bölüşüb tərəf müqabili olanlar, istərsə də ondan sonra gəlib ondan öyrənən nəsillər üçün Amaliya Pənahovanın itkisi ağırdır
Sevənləri ilə vida mərasimi başa çatdıqdan sonra aktrisa öz vəsiyyətinə uyğun olaraq həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında, "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Amaliya Pənahova ötən gün xərçəng xəstəliyindən 73 yaşında vəfat edib.
© xezerxeber.azŞagirdlərin yarımillik nəticələri belə qiymətləndiriləcək - VİDEO
Prezident və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - VİDEO
Milli qəhrəmanlarımızın Qubadlıda olan məzar daşları bərpa edilir
Məktəblərdə dərslər bərpa olunur? - Təhsil Nazirliyindən açıqlama
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb
Koronavirusa yoluxan şəxslər peyvənd ediləcək? - RƏSMİ AÇIQLAMA
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB