Məşhur aktrisa çoxlu EŞŞƏK ALDI - Ferma yaradır

09.11.2018 15:06

Şəhər həyatının səs-küyündən bezib kəndə köçən məşhur aktrisa Özgü Namal dünyanın ən bahalı pendirlərindən olan "Pule"hazırlamaq üçün Balkan eşşəkləri alıb.

Aktrisa reklamçı həyat yoldaşı Serdar Oralla birgə Balkan eşşəkləri alıb. Aktrisa vətəni Sibir olan və eşşək südündən hazırlanan dünyanın ən bahalı pendirini istehsal etmək üçün artıq işə başlayıb.

Bu pendirin bahalı olmasının səbəbi eşşək südünün çox nadir tapılmasıdır. Tərkibinə görə ana südünə bərabər tutulan eşşək südü ilə hazırlanan pendirin kilosu 1000 dollardır. 100 eşşəyin südündən 1 kilo pendir hazırlanır və bunun üçün 25 litr eşşək südünə ehtiyac var.

publika.az

© xezerxeber.az


428 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR