Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Xərçəng bu gözəl insanı... - Məşhurlardan Amaliya Pənahova haqda TƏSİRLİ SÖZLƏR

08.11.2018 14:19

Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova vəfat edib.

Kino aləminin görkəmli nümayəndələri aktrisa ilə bağlı xatirələrini bölüşüb:

Kinorejissor, ssenarist, Xalq artisti Eldar Quliyev Amaliya Pənahovanın əvəzolunmaz teatr və kino ulduzu olduğunu vurğulayıb:

"Amaliya xanımın vəfatı bizim üçün böyük itkidir. Onunla "Babək” filminin çəkilişləri ərəfəsində tanış olmuşduq. Amaliya xanım bir çox rolların mahir ifaçısı olub. Heç bir aktrisa onun yerini tuta bilməz, hər kəsin öz dəsti-xətti, öz rolu və xarizması var”.

Xalq artisti Həmidə Ömərova xəbərin şokundan hələ özünə gələ bilmədiyini deyib:

"Səhər tezdən eşitdim, bu xəbər mənə həddən artıq pis təsir etdi. Heç kim bilmirdi ki, o xəstədir. Bu, deyəsən, iki-üç günün söhbəti olub. Bildiyim qədəriylə o, bir neçə gün əvvəl Akademik Dram Teatrında baş tutan tədbirdə iştirak etmişdi.

Amaliya xanımın istər teatrda, istər kinoda öz yeri var. O, Azərbaycan səhnəsinə ölməz izlər qoyub. Onun özünəməxsus obrazları, danışıq tərzi, səs tembri, insanlarla ünsiyyət qurmaq bacarığı var idi. Allah ona rəhmət eləsin...”

Əməkdar artist Məlahət Abbasova:

"Kaş biri çıxıb bu xəbərin yalan olduğunu söyləsəydi. Şokdayam... İnanılmaz üzgünəm. Azərbaycanın yeri doldurulmayacaq, çox dəyərli sənət insanı, teatr sənətinin əfsanəsi, bir çox tamaşalarda bərabər oynadığım, Azərbaycan səhnəsinin "Primadonna"sı Amaliya Pənahova, nur içində yatın! Haqqımı halal edirəm, əfsanələr ölmür. Siz həmişə qəlbimizdə yaşayacaqsınız".

Əməkdar artist Sənubər İsgəndərli:

"Gözəl siması, istedadı ilə teatr tarixinə adını yazan sənətkar... Allah sizə rəhmət eləsin, Amaliya xanım".

Əməkdar artist Mehriban Xanlarova:

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyirəm. Allah Rəhmət etsin".

Əməkdar artist Nərgiz Cəlilova:

"Amaliya Pənahova... Böyük sənətkar, səni, yaratdığın obrazları heç bir zaman unutmayacağıq".

Tanınmış aparıcı Hacı Nuran:

"Xərçəng bu gözəl insanı da apardı... Çox pis oldum... Bir qədər öncə tanınmış Azərbaycan teatr və kino aktrisası, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının Xalq artisti, gözəl insan Amaliya Pənahova vəfat edib. Əlvida, artıq xatirələrdə yaşayacaq gözəl sənətkar! Allah rəhmət eləsin! Söz tapa bilmirəm"./publika.az

© xezerxeber.az


443 dəfə oxunub

ÇOX OXUNANLAR