Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

"ASAN xidmət"ə yeni səlahiyyətlər verildi - Bundan sonra...

26.10.2018 18:31

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

XəzərXəbər-in un məlumatına görə, "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında aşağıdakı dəyişikliklər edilin:

1. Aşağıdakı məzmunda 5.7.4-cü yarımbənd əlavə edilsin:

"5.7.4. torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi;”.

2. 5.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

"5.9. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi;”.

3. Aşağıdakı məzmunda 5.11-2-ci bənd əlavə edilsin:

"5.11-2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;”.

4. 5.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

"5.15. hərbi qeydiyyatla bağlı:

5.15.1. yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;

5.15.2. vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi;

5.15.3. vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi;

5.15.4. həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi;

5.15.5. vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi;”.

5. 5.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

"5.17. qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatı:

5.17.1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi;

5.17.2. qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi;

5.17.3. qida təhlükəsizliyi sertifikatının verilməsi;

5.17.4. ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara beynəlxalq baytarlıq sertifikatının verilməsi;

5.17.5. idxal və istehsal edilən baytarlıq preparatlarının dövlət qeydiyyatına (təkrar qeydiyyata) alınması və bu barədə qeydiyyat şəhadətnaməsinin (təkrar qeydiyyat şəhadətnaməsinin) verilməsi;

5.17.6. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi;

5.17.7. daxili karantin sertifikatının verilməsi;

5.17.8. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyata alınması və qeydiyyat (təkrar qeydiyyat) şəhadətnaməsinin verilməsi;

5.17.9. Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi;”.

6. 6-cı hissədə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi” sözləri ilə, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və” sözləri "Qida Təhlükəsizliyi Agentliyinə və” sözləri ilə əvəz edilsin.

© xezerxeber.az


2343 dəfə oxunub

ÇOX OXUNANLAR