Bu maşını görənlər polisə xəbər versin! - FOTO

12.10.2018 17:52

8 oktyabr tarixində Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində gecə saatlarında maşın qaçırılıb.

BAKU.WS-ə müraciət edən zərərçəkən Hüseyn Quliyevin "Mercedes" markalı avtomobili həyətindən oğurlanıb. Onun sözlərinə görə, avtomobilin şüşəsi sındırılıb və maşın aparılıb.

Hadisədən dərhal sonra polisə məlumat verən zərərçəkən axtarışların aparıldığını bildirib.

Hüseyn Quliyev güman edir ki, ehtiyyat açarla avtomobil işə salınıb və oğurlanıb. Maşın sonuncu dəfə Binəqədi kəndi ərazisində görünüb. Ancaq hələlik axtarışlar bir nəticə verməyib.


Hüseyn Quliyev bildirir ki, oğurluğu edən şəxs və ya şəxslər həmin ərazidə daha iki maşını yarıb.

Faktla bağlı 19-cu polis bölməsində araşdırma və axtarış tədbirləri həyata keçirilir.

© xezerxeber.az


1543 dəfə oxunub

XƏBƏRLƏR

16.10.2018 20:34

Paşinyan istefa verdi

ÇOX OXUNANLAR