Azərbaycanlı Naz Mila yenə biabır oldu

11.10.2018 17:18

Naz Mila yeni fotonu öz Instagram profilində 860 min izləyiciyə göstərib

Bədəninə tatoo vurduran Azərbaycanlı Naz Mila gülünc səhvlərə görə ələ salınıb. Türkiyədə "Zühal Topalla" proqramının iştirakçısı olan Naz Mila ingilis dilində tatoo vurdurmaq istəyib.

"Only God can judge my mistakes and truths (Xeyirxah əməllərimə və səhvlərimə görə, təkcə Allah məni qınaya bilər) – Naz bədəninə əslində bunu yazdırmaq istəyib. Amma böyük bir biabırçılıq yaşanıb. Maraqlısı odur ki, nə Naz Mila, nə onun tatoo ustası dili bilməyib. Buna görə də qızın bədənində absurd ifadə yazılıb: "I can judge a single god withmy wrongs and wrongs" (Mən ancaq vahid Allahı öz səhvlərim və səhvlərimlə mühakimə edə bilərəm").

Naz Mila yeni fotonu öz Instagram profilində 860 min izləyiciyə göstərib. Bəziləri öz şərhlərində onu ələ salıblar.

"İndi onunla kim evlənəcək? Biabırçılıq, sənin başın xarab olub" deyə izləyicilərdən biri yazıb.

"Mənim buna tək bir sözüm var: İyrənc" başqa bir izləyici yazıb.

Paylaşım 43 min nəfərdə tərəfindən bəyənilib./Sputnik Azərbaycan


© xezerxeber.az


986 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR