Reynaldo yenidən "Qarabağ"da? - Futbolçu "Xəzər Xəbər"ə nəyi etiraf etdi? - VİDEO

10.10.2018 13:14

Oyunuyla Qarabağ azarkeşlərinin könlündə taxt quran və rəqib fanatların böyük sayğısını qazanan Reynaldo Silva Bakıya gəlib. Ölkəmizdə ilk baş çəkdiyi məkanlardan biri də sabiq komandasının bazası olub.

İstər Azərbaycan çempionatı və kuboku, istərsə də avrokuboklarda vacib qollar vuran braziliyalının gedişi böyük təəssüf doğurmuşdu. O zaman ayrılığa əsas səbəblərindən biri kimi Türkiyədən təklif olunan yüksək əmək haqqı göstərilirdi.

Reynaldonun gedişindən sonra "Qarabağ" Azərbaycan futbol tarixində ilk dəfə çempionlar liqasının qrup mərhələsində oynadı. Amma braziliyalı bu müddətdə Türkiyədə və Çexiyada uğursuz karyera yaşadı.

Reynaldonun "Qarabağ"ın bazasında görünməsi həm ziyarət, həm ticarət təsiri bağışlayır. Hal-hazırda Qazaxıstanda "Aktobe" klubunun şərəfini qorusa da, cəmi bir aydan sonra müqaviləsi bitir. Bu isə o deməkdir ki, qısa müddət sonra onu köhnə-təzə yerində görməyimiz mümkündür.

Reynaldo "Aktobe"də 21 oyunda hələ ki 5 qol vurub.

© xezerxeber.az


812 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR