Azərbaycanlılara qarşı qəddarlıq etmiş erməni döyüşçü öldü

10.10.2018 10:40

Vaxtilə Dağlıq Qarabağ və ətraf rayonlarda gedən müharibədə azərbaycanlılara qarşı qəddarlığı ilə seçilən erməni döyüşçü Araik Xandoyan ölüb.
Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, A.Xandoyan 1989-cu ildə Sovet ordusu sıralarından qaçaraq Qarabağ müharibəsinə qoşulmuşdu. A.Xandoyan Qarabağda mülki azərbaycanlılara qarşı qəddarlığına görə "tənha canavar" ləqəbi almışdı.

O, 2016-cı ildə isə "Sasna tsrer" qrupuna qoşularaq, Ermənistanda hakimiyyətə qarşı qiyam etdiyinə görə həbs olunmuşdu.

© xezerxeber.az


1085 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR