Ronaldo Ketrinə təcavüz etdiyini boynuna alıb - VİDEO

10.10.2018 10:20

"Qafqazinfo” xəbər verir ki, 2009-cu ildə Las Veqasda Ketrin Mayorqa adlı xanıma təcavüz etməkdə günahlandırılan forvardın bunu illər öncə etiraf etdiyi ortaya çıxıb. Almaniyanın "Der Spiegel” nəşri Kriştianunun 2009-cu ildə vəkili Osorioya bu barədə danışıb və Ketrinə təcavüz etdiyini boynuna alıb:


"Onunla qeyri-təbii yolla cinsi əlaqədə olduq. Əvvəlcə, icazə verdi və davam etdik. Hər şey qısa alındı. Sonra isə mənə "olmaz, sənin üçün başqa qadınlardan deyiləm” dedi. Hər hansı yardım istəmədi və səs-küy salmadı”.

Vəkil pul hesabına Ronaldonu həbsdən xilas edib və qadına da 350 min dollar ödənilib.

Portuqaliyalı ulduz bu yaxınlarda verdiyi açıqlamada qadının onun adından istifadə edərək, məhşurlaşmaq istədiyini söyləmişdi.


© xezerxeber.az


533 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR