Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Evdən arvadının yad kişi ilə şəklini tapdı – Xəyanət üstündə qətl

13.09.2018 15:14

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Rəfayıl Feyziyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses sentyabrın 18-də keçiriləcək.

İttihama görə, bu il mayın 18-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri Rəfayıl Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib.

Rəfayıl arvadının ona xəyanət etdiyi öyrənib. O, bunu dəqiqləşdirmək üçün arvadını izləməyə başlayıb.

Hadisə baş verən günü Rəfayıl Feyziyev arvadının başqa yad kişi ilə olan şəkilini tapıb. Ər-arvad arasında yaranan mübahisə sonda qətllə sonuclanıb. Rəfayıl Feyziyev bıçağa əl atıb.

Cinayəti törədən Rəfayıl Feyziyev polisə gedərək təslim olub.

İstintaq orqanı tərəfindən Rəfayıl Feyziyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

© xezerxeber.az


1180 dəfə oxunub

XƏBƏRLƏR

20.11.2018 15:58

Məşhur cütlük AYRILDI

ÇOX OXUNANLAR