Aylar sonra Murad Bozla qarşılaşan eks-sevgilisi Aslı Enver GÖRÜN NƏ ETDİ - FOTO

09.08.2018 10:19

Aprel ayında Murad Bozdan ayrılmağa qərar verən Aslı Enver onunla eyni məkanda qarşılaşıb.

Aktrisa dünən rəfiqələri Didem İnselel və Ceren Mora ilə restoranda yemək yeyib. İddialara görə, Ənvərin İnstaqramda paylaşdığı hekayəni görən Murad Boz qısa müddət sonra restorana gəlib. Keçmiş sevgilisini qarşısında görən aktrisanın kefi qaçıb. Muradın restorana gəldiyini öyrənən aktrisa məkanı dərhal tərk edib.

Aslı qapıda onu gözləyən jurnalistlərdən qaçmaq istəsə də, alınmayıb. "İstanbullu Gəlin”in yeni mövsümü üçün həyəcanlı olduğunu deyən film ulduzu Bozun məkana gəlməsi haqqında "Bu məsələlər barədə danışmaq istəmirəm, təşəkkür edirəm", - deməklə kifayətlənib./publika.az


© xezerxeber.az


1180 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR