Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

İşıq pulları sərfiyyatdan çox hesablanıb? - İDDİA və RƏSMİ CAVAB - VİDEO

08.08.2018 20:25

Sosial şəbəkələrdə may və iyun ayları ilə müqayisədə iyulda işıq pullarının daha çox hesablandığı haqda fikirlər yayılıb.

Xezerxeber.az bildirir ki, iddialara görə, abonentlər iyul ayında əvvəlki aylarda yandırdıqları qədər enerji sərf etsələr də, qəbzlərdəki rəqəmlər daha yüksək olub.

Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev "Xəzər Xəbər"ə açıqlama verib.

O bildirib ki, sosial şəbəkələrdə yayılan iddialarla bağlı quruma da müraciətlər olub. Ancaq araşdırmalardan sonra işıq pullarında istifadə olunandan əlavə heç bir məbləğ aşkar olunmayıb.

Tanrıverdi Mustafayev qeyd edib ki, iyul ayında işıq pullarında olan artım kondisionerlərdən daha çox istifadə ilə əlaqədar ola bilər. Onun sözlərinə görə, iyul ayı çox isti keçdiyindən insanlar sərinkeş və kondisionerlərdən daha çox istifadə etməli olub.

Qurumun nümayəndəsi onu da bildirib ki, hazırda istifadə olunan işıq sayğacları ən müasir tələblərə cavab verir və onlara kənardan müdaxilə etmək demək olar ki, mümkün deyil.

Tanrıverdi Mustafayev deyib ki, sərfiyyatı ilə ödənilməli olan vəsaitdə fərq görən bütün vətəndaşlar Azərişığa müraciət edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






2019 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR