Metroda qatarların hərəkəti bərpa olunub

12.07.2018 17:01

Bu gün paytaxtın elektrik emerjisi ilə təchizatında yaranmış problem "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətinin dayanmasına səbəb olub.

XəzərXəbər xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub.

© xezerxeber.az

FOTOQALERIYA






1430 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR