Kanat qırıldı, ölən və yaralananlar var - Qubadakı dəhşətli OLAYIN ŞOK TƏFƏRRÜATI

09.07.2018 14:04

"Quba Palace Hotel”in marketinq şöbəsinin müdiri Ceyhun Yəhyayevin verdiyi məlumata görə, hadisə "SCADA” şirkətinin əməkdaşlarının ehtiyatsızlığı səbəbindən baş verib:

"Quba Palace Hotel”də kanat yolu var. Bu kanat yolunun trosu qısaldılmalı idi. Bunun üçün isə xüsusi peşəkar mütəxəssislərə ehtiyac vardı. Biz araşdırma apardıq və ölkə ərazisində peşəkar xidmət verən "SCADA” şirkəti ilə razılaşdıq. Onların əməkdaşları çağırıldı və bir həftə ərzində işə başlanıldı. Təmir zamanı özləri ilə gətirdikləri tros qırılıb və təəssüflər olsun ki, faciəli hadisə baş verib. Kanatın içərisində hadisə zamanı şirkətin iki əməkdaşı olub, biri ölüb digəri isə yaralanıb. Hadisə sadəcə hotel ərazisində baş verib. Amma bütün məsuliyyət birbaşa olaraq "SCADA” şirkətinə məxsusdur”.

***

Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə rayonda yerləşən "Quba Palace Hotel"də baş verib:

"Quba Palace Hotel"də kanat qırılıb. Hadisə zamanı kanatın içərisində 4 nəfər olub. 1-i ölüb, 3-ü yaralanıb".

***

Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, qəza zamanı xəsarət alan rayon sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlunun vəziyyəti stabildir:

"Həsənov Rafiq Əziz oğlu sağ baldırın cırılmış yarası, Əliməmmədov Ruhid Mehman oğlu isə döş qəfəsinin əziyi diaqnozu ilə müalicəyə alınıb. Hazırda xəstələr mərkəzdə həkimlərin nəzarəti altındadır. Vəziyyətləri stabildir".

***

Quba rayonunda bədbəxt hadisə baş verib.

Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


2711 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR