Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

"Bu toyuqları alıb yeməyin!" - XƏBƏRDARLIQ

09.07.2018 12:09

Broyler toyuqlarının xüsusi iynə vasitəsilə şişirdilməsi haqda informasiyalar məqsədli şəkildə aparılan "qara piar”dır.

Bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev Modern.az-ın suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu kimi hallar iri sənaye müəssisələrində qeyri-mümkündür:

"Bunlar ayrı-ayrı şəxslərə qarşı ədavətdən irəli gəlir, kimlərsə bazara daxil ola bilmir və məqsədli şəkildə bu cür məlumatları, videoları ictimailəşdirirlər. Qeyd edim ki, xüsusi iynə ilə quşların şişirdilməsi əl əməyinə əsaslanır. Amma iri müəssiələrdə quşların qablaşdırılmasınadək bütün prosesləri aparatlar icra edir”.

Nazirlik rəsmisi qeyri-qanuni fəaliyyət göstərən kiçik sexlərdə bu yola əl atmasını istisna etməyib:

"Ona görə də qablaşdırılmamış, yaxud üzərində hansı şirkətə məxsus olduğu göstərilməyən toyuqları almayın. Onlara iynə də vurulur, vannada suya salıb şişirdirlər də. Hətta rəngini sarıya boyayıb "kənd toyuğu” adı ilə əhaliyə satırlar. Sizin avsitənizlə ictimaiyyətə çatdırmaq istyirəm ki, o məhsulları almasınlar”.

© xezerxeber.az


3624 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR