Qəza 9 nəfərin həyatına son qoydu - VİDEO

07.07.2018 10:46

İyulun 6-da Rusiyanın Krasnodar diyarında iki avtomobilin toqquşması nəticəsində baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki avtomobildə olan 9 nəfər həyatını itirib.

Qəza avtomobillərdən birinin döngədə digərinin hərəkət xəttinə keçməsi nəticəsində baş verir.

Görüntülər əks istiqamətdə hərəkət zolağına keçərək qəza törədən avtomobilin arxasınca gələn maşının videoregistratoru ilə anbaan qeydə alınıb.

© xezerxeber.az


2247 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR