54 ilin maşını "yağ kimi"dir - Bu avtomobilə baxan bir də baxır - VİDEO

13.06.2018 20:57

Bakı sakini 54 illik avtomobilə 20 min manata yaxın xərc çəkib. O , 1964-cü ilin istehsalı olan ZAZ 965 avtomobilini yenidən yığıb. Hazırda dünyada çox az sayda qalan bu modelə maraq böyükdür.

Bakıda olan bu qeyri adi avtomobil görənlərin marağına səbəb olur.

1964- cü ilin istehsalı olan ZAZ 965 avtomobilini Elvin BAbayevə iki il əvvəl dostunun atası hədiyyə edib.Sonradan Elvin Babayev avtomobilin istismarı bitmiş detallarını dəyişdirərək yeniləri ilə əvəz edib.

0.7 litr mühərrik həcmi olan atomobil 30 at gücündədir.Avtomobilinmaksimal sürəti isə saatda 90 km dir.Bir zamanlar İtaliya küçələrininən populyar avtomobili olan 54 illik ZAZ 965 maşını bir sıra texniki xüsusiyyətlərinə görə də müasir avtomobillərdən seçilir.

Avtomobil sahibinin sözlərinə görə,hətta bahalı maşın sürənlər də bu avtomobilə həsəd aparırlar.MAşın görənlər isə onun yanıda şəkil çəkdirmədən getmirlər. Qeyd edək ki,yalnız 1960-1969 cu illərdə istehsal olunan "ZAZ" avtomobilin965 modelindən hazırda çox az sayda qalıb.

© xezerxeber.az


2082 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR