İmişlidə maraqlı olay: Kanalda çoxlu sayda pasport tapıldı - VİDEO

13.06.2018 21:02

İmişlidə kanalda çimən uşaqlar sellafon torbanın içində pasport tapıblar. 60-a yaxın pasportun əksəriyyəti Balakən sakinlərinə məxsusdur. Özüdə bu pasportların etibarlılıq müddəti başa çatmayıb. İndi polis uşaqların tuta bilmədiyi 2-ci sellafon torbanı axtarır.

Kanalda çimən uşaqlar çoxlu sayda pasport tapıblar.

Şimal -qərb bölgəsinin sakinlərinə məxsus sənədlər İmişli rayonunun Sərıxanlı kəndində aşkarlanıb. Kənd ərazisindən keçən su kanalında bir neçə uşaq çimirmiş. Birdən içi dolu 2 sellafon torbasının su ilə axdığını görüblər. Uşaqlardan biri İbad Əsədli o torbalardan birini tutaraq sudan çıxardıb. İçində isə Azərbaycan vətəndaşlarına məxsus pasportlar olub.

Uşaq dərhal pasportları valideyninə göstərib. Araz çayının qolu olan Boztəpə adlandırdıqları kanal Ceyhun Əsədovun həyətinin yaxınlığından keçir.

Uşağın tapdığı sellafon torbadan respublikanın Zaqatala, Şəki və əsasən də Balakən sakinlərinə məxsus 57 ədəd pasport çıxıb. Tapılan pasportların əksəriyyətinin etibarlılıq müddəti başa çatmayıb. Pasportlar Daxili İşlər Nazirliyinin şimal qərb bölgəsinin regional şöbəsi tərəfindən verilib.

Sənədlər kənd icra numayəndəsinin istiraki ilə İmişli polisinə təhvil verilib. Hüquq mühafizə orqanları sənədləri götürdükdən sonra digər selafon torbadakı pasportların da axtarışlarına başlayıblar. Faktla bağlı ətraflı araşdırmaya başlanılıb.

© xezerxeber.az

FOTOQALERIYA






1725 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR